Məhəmməd Mirzəli Fransada bıçaqlandı-FOTO+VİDEO

Baxılıb:798
Məhəmməd Mirzəli Fransada bıçaqlandı-FOTO+VİDEO


“Bir az bundan əvvəl mühacir bloger Məhəmməd Mirzəli Fransada bıcaqlanıb. Hazırda xəstəxanadadır. Vəziyyətinin ağır olduğu söylənilir.
Məlumatı jurnalist Əfqan Muxtarlı yayıb.
Bir neçə gün əvvəl isə Məhəmmədin bacısı ilə bağlı video yayılmışdı.

Məhəmməd Mirzəli xəstəxanaya yerləşdiriləndən bir az sonra Əfqan Muxtarlı onun özü ilə danışa bilib. Bəlli olub ki, Məhəmməd Mirzəli yolda 6 nəfərin hücumuna məruz qalıb. Ona boynunun arxasından, qarnından bıçaqla xəsarət yetiriblər, əllərini, barmaqlarını kəsik-kəsik ediblər, qollarını doğrayıblar.”

AzTimes.az xəbər verir ki, məlumatı Azadlıq qəzeti paylasıb. Daha sonra “Azad söz ” kanalında Tural Sadıqlı ilə canlı yayımda əlaqə saxlayan M.Mirzəli hadisənin təfərrüatını danışıb.

Nəzərinizə çatdıraq ki, özünü mühacirətdə yaşayan videoblogger kimi təqdim edən Məhəmməd Mirzəli videolarında Azərbaycan hakimiyyətində yüksək vəzifə daşıyan şəxsləri təhqir edərək alçaldan videolar çəkirdi.


Abunəlik