Məhəmməd Əmin Rəsulzadəni təhqir edən gəncdən açıqlama: “Xalqdan üzr istəmirəm,çünki…”
Bir neçə gün öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin fotosuna təhqir yazaraq “store”-sində paylaşan Məhəmməd Qasımzadə hadisə ilə bağlı fikir bildirib.
O, AzTimes.az-a açıqlamasında bildirib ki, bir neçə gün öncə Sadiq Rüstəmoğlu adlı biri ilə sosial şəbəkədə mübahisəsi düşüb. “Mən elə bilmişəm ki, həmin şəkil Sadiqə məxsusdur. Ona görə üstünə təhqir yazaraq paylaşmışam.”
-Siz Milli Fədailər Hərakatının üzvüsünüz,amma Azərbaycanın qurucusunu tanımırsınız?
– Mən o hərəkatın falan üzvü deyiləm. Sizə səhv məlumat veriblər. Məni Fuad Muradovla qohumluq əlaqələri bağlayır. Mən onun doğma bacısı oğluyam.
-Bəs “başqan” dayınız sizə niyə Məhəmməd Əmin Rəsulzadəni aşılamayıb?
-Mən Məhəmməd Əmin Rəsulzadənin digər fotolarını görmüşəm. Bizim evdə daim ona hörmət nümayiş olunub. Amma bu fotonu heç vaxt görməmişəm. Heç ağlıma da gəlməzdi ki, o Azərbaycanın qurucularından birinə məxsus fotodur.
–Etdiyiniz əmələ görə Azərbaycan xalqından üzr istəyirsinizmi?
– Xeyir. Xalqdan üzr istəmirəm, çünki mən xalqın dəyərini təhqir etmək niyyəti ilə paylaşım etməmişəm. Bayaq qeyd etdim axı- Elə bilmişəm foto Sadiq Rüstəmoğluna məxsusdur.
Nəzərinizə çatdıraq ki, Məhəmməd Əmin Rəsulzadənin bu fotosu bir neçə ay öncə aşkar olunmuş, sosial şəbəkələrdə xeyli səs-küy yaratmışdı.
Pərvin ABIŞOVA /AzTimes.az/