Məhəmmədəli Qəribli Rövnəq Abdullayevə: “Ayıbdır!”…

Baxılıb:868
Məhəmmədəli Qəribli Rövnəq Abdullayevə: “Ayıbdır!”…

Azinforum.az saytının baş redaktoru, tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün facebook səhifəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ünvanına sərt tənqid statusu paylaşıb.Sözügedən paylaşıma görə sosial şəbəkədə jurnalistə siyasətçilər, blogerlər və  digər tanınmış şəxslərdən dəstək gəlib.O, SOCAR-ın prezidentini kiber cinayətkarlıqda ittiham edir. Həmin paylaşımı AzTimes.az olaraq oxucuların diqqətinə çatdırırıq:

“Rövnəq Abdullayev, vallah, ayıbdır. Dövlətin resurslarından öz şəxsi məqsədlərin üçün belə istifadə etmə. Bilirik, əksər saytları satın alıbsınız, onlar sizdən yazmır. Adınızı çəkən digər saytları isə “Dəmirçi” plazada əyləşdirdiyiniz haker qrupunuz tərəfindən çökdürürsünüz.  
Bunu adı kiberçinayətkarlıqdır. Sənin Novxanıda villanı satmağın haqda xəbər mahiyyətli, istinadla verdiyimiz  bir yazıya görə, Azinforum.az saytına iki gündür DDOS hücum edilir. 
Bütün Azərbaycan KİV-ləri bilir ki, hansı sayt sizin adınızı çəkirsə, bu aqibətlə üzləşməli olur. Axı siz kimsiniz ki, barənizdə bir kəlmə də tənqidi həzm edə bilmirsiniz? Siz milyardlarla pulun dövr etdiyi bir şirkətə rəhbərlik edirsinizsə, barənizdə ictimai nızarətin olması zəruridir.
Belə bacarığınızı yaxşı olar ki, ölkəmizə, onun simvollarına yönələn informasiya təxribatına qarşı yönəldəsiniz. Sayta hücumu dayandırmasanız,  bütün xəbərləri yotube üzərindən səsləndirərək, yaymalı olacayıq.

Nəzərinizə çatdıraq ki, bir müddət öncə eyni həmlələri AzTimes.az saytına qarşı edilmişdi. Ümidvarıq ki, aidiyyəti qurumlar Rövnəq Abdullayevin bu qorxusunun səbəbini araşdırıb haqqında tədbir görəcəklər.


Abunəlik