Məhəbbət Vəliyevaya yeni VƏZİFƏ VERİLDİ

Baxılıb:181
Məhəbbət Vəliyevaya yeni VƏZİFƏ VERİLDİ

Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yeni iş yeri bəlli olub.

Aztimes.az  qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir müavini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin proqram təminatının inkişafı üzrə direktoru təyin olunub.

O, həmçinin təmsil etdiyi mərkəzdə təlimlər keçməyə başlayıb.

Qeyd edək ki, Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 1 fevral 2021-ci ildə öz ərizəsinə əsasən, səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.


Abunəlik