Lüksemburqda azərbaycanlı auditorun meyiti tapıldı
Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb.
İki ilə yaxındır, PWC audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.
Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, iki ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.