Lukaşenko: “Belarusda münaqişənin qarşısını almaq əsas vəzifəmdir”
“Mənim əsas vəzifəm ölkədə münaqişənin qarşısını almaqdır”
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, həmçinin qeyd edib ki, ölkənin münaqişələrə girməməsi, həmçinin Belarusda daxili çətinliklərin aradan qaldırılmasını zəruri hesab edir.
Prezident, həmvətənlərinə müraciət edərək, onları ölkəyə qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı panikaya düşməməyə çağırıb. Onun sözlərinə görə, indiyədək heç bir ölkə Belarusa qarşı aqressiya nümayiş etdirməyib.
Lukaşenko müraciətində həmçinin Belarus sakinlərinə sülh şəraitində yaşayıb işləməyi tövsiyə edib və problem yaranarsa, onlara əvvəlcədən məlumat veriləcəyini qeyd edib.