Livandan İsrailə 100-ə yaxın raket atıldı

Baxılıb:20
Livandan İsrailə 100-ə yaxın raket atıldı

Bir saatdan az müddətdə Livandan İsrailin şimalına 100-ə yaxın raket atılıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrailin şimalında, o cümlədən bütün Qaliley, Hayfa körfəzi əraziləri və İzreel vadisində hava hücumu sirenləri səslənib.

“İki yaylım atəşi nəticəsində Livan ərazisindən atılan 20 və 80-ə yaxın mərmi qeydə alınıb. Onların bəziləri məhv edilib. Düşmüş mərmilər də tapılıb”, – məlumatda deyilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.


Abunəlik