Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Baxılıb:59
Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Azərbaycan rayonlarında iyunun 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.


Abunəlik