Lerik polisi şagirdlərlə görüş keçirdi – FOTOLAR

Baxılıb:374
Lerik polisi şagirdlərlə görüş keçirdi – FOTOLAR

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Nuravud kənd tam orta məktəbində “Narkomaniya cəmiyyətin qəddar düşmənidir!” mövzusunda maarifləndirici görüş təşkil edilib.

AzTimes.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov narkomaniyanın səbəb olduğu ağır nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin işıqlı sabahı məhz sağlam, savadlı gənclərlə mümkündür. Buna görə də hər bir gənc zamanını təhsilə, idmana və cəmiyyət üçün faydalı ola biləcək işlərə ayırmalı, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda mövzu ilə bağlı videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.


Abunəlik