Leninin nəşi mavzoleydən çıxarılır? – RƏSMİ AÇIQLAMA
Kreml rəsmisi SSRİ-nin qurucusu Vladimir Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib.
AZTİMES.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, qeyd edib ki, Leninin nəşinin Qırmızı Meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.
“Xeyr, belə planlar yoxdur”, – Kreml sözçüsü yaxın gələcəkdə Leninin nəşinin məqbərədən çıxarılması barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması sualına cavab verərkən deyib.
“Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa gündəm var”, – Peskov vurğulayıb.
Qeyd edək ki, 2024-cü ildə Leninin ölümündən 100 il ötür.