“Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər” – İran rəsmisi

Baxılıb:40
“Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər” – İran rəsmisi

Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verə biləcək bütün imkanlara malikdir.

Bunu İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının sədri Kamal Xarazi “Al Mayadeen” telekanalına deyib.

O, bildirib ki, İran nüvə silahı yaratmaq üçün texniki imkanlara malikdir və məsələnin texniki tərəfi ilə bağlı heç bir maneə yoxdur.

Xarazinin sözlərinə görə, yeganə “məhdudedici amil” İranın Ali lideri Ayətullah Əli Xameneinin əmridir: o, vaxtilə İranın nüvə silahı əldə etməyə çalışmayacağı barədə fətva vermişdi.

Ancaq Xarazi İranın nüvə doktrinasının dəyişdirilməsinin mümkün olduğunu, “xüsusən də İran ekzistensial təhlükə ilə üzləşərsə” belə addımlar atıla biləcəyini deyib.


Abunəlik