Laçının deputatı ilə bağlı şok iddia… – FOTO
“Bərdədə matəm, cəbhədə gərginlik.
Deputat da özünə təntənəli ad günü keçirir.”
Bu yazı sosial şəbəkədə aktiv səhifələrdən olan “Söz bazarı”nda dərc edilib. Yazıda qeyd edilir ki, Laçının deputatı Mahir Abbaszadə 27 oktyabrda təntənəli ad günü keçirib. Bu barədə deputatın qardaşı Zahir Abbas öz fb pofilində paylaşım edib.
Daha sonra səhifə yazır:
“Bu insanın heç atəşkəs dövründə nə qədər şəhid verməyimizdən belə xəbəri yoxdur.
Əgər Bərdədəki müsübət matəm deyilsə, bəs nədir? Bayramdır?
Hörmətli Zahir bəy, niyə Güləbird uğurunda gedən döyüşlərdə iştirak etmirsən? Qardaşın Mahir müəllimə Ali Baş Komandanımızın aldığı torpaqda uzun ömr yaşamağını arzulayırsan. Həmin torpaqlarda yaşamağa utanmayacaqsınızmı? Axı o torpaqların alınmasında heç birinizin iştirakı və əməyi olmayıb.”
Qeyd edək ki, məlumat vətəndaşlarda hiddət doğurub.
Qarşı tərəfin mövqeyini dərc edə bilərik. \\aktualxeber.az\\