Laçından olan məcburi köçkünlər üçün inşa olunmuş evlərin üzqızardan görüntüləri yayıldı -VİDEO
Uzun zamandır ki, Laçından olan məcburi köçkünlərə inşa edilən 144 sayda mənzilin ətrafinda dolaşan söz-söhbətlər səngimək bilmir. Mənzillərin orderlərinin rüşvət qarşılığında başqa vətəndaşlara verilməsi şikayətlərindən sonra daha bir məsələ ictimailəşib.
AzTimes.az xəbər verir ki,tikilən mənzillərin əksərində standartlara uyğun olmayan hallar videoya çəkilərək vətəndaşlar tərəfindən yayımlanıb. Görüntüləri sizə təqdim edirik.