Laçın RPŞ-nin əməkdaşları silah-sursat aşkar etdi
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidmət apararkən erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb və aidiyyəti üzrə təhvil veriblər.