Laçın rayon sakinindən tapança aşkar edilərək götürülüb

Baxılıb:186
Laçın rayon sakinindən tapança aşkar edilərək götürülüb


Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb. Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam etdirilir.
 


Abunəlik