AXH BŞİH-inə müraciət etdi-Mitinq olacaq
AzTimes.az xəbər verir ki, KXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciət bu gün KXCP-nin toplantısında qəbul olunub. Müraciətdə deyilir:
“Azərbaycan Xalq Hərəkatı Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələrində nəzərdə tutulmuş və sərbəst toplamaq azadlığı haqqında Azərbaycan Respublikası qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə şənbə günü , 30 noyabr 2019-cu il tarixdə saat 15:00-dan başlamaqla 18:00-dək “Qarabağa azadlıq”, “İşğala son” şüarları ilə Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “Məhsul ” stadionunda və ya Binəqədi rayonu yeddinci m/r Dərnəgül metrosu yaxınlığındakı “Meydan” da mitinq keçirməyi planlaşdırır. Mitinqdə 30 min nəfərin iştirakı gözlənilir. Diqqətinizə çatdırırıq ki, mitinq keçirmək istəyimiz yerlərdə nəqliyyatın və əhalinin intensiv hərəkəti yoxdur. Mitinq keçirildiyi müddətdə digər vətəndaşların sərbəst hərəkətinə və nəqliyyat vasitəsinin iş ahənginə heç bir ciddi problem yaradılmayacaq. Sərbəst toplaşmaq haqqında Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış təşkilatçıların müraciəti ilə bağlı cavab verilməsini və miting iştirakçılarının təhlükəsizliyinin təmin edilməsini sizdən xahiş edirik. ”
Müraciət aidiyyatı üzrə ünvana göndərilib. BŞİH-nin cavabını dərc edəcəyik. bizi izləyin.
AzTimes.az