Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib

Baxılıb:120
Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün H. Əliyev prospektində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Mail Habil oğlu Manafovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Rafiq Süleyman oğlu Paşayevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-2107″nin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Maşında sıxılmış vəziyyətdə qalan meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir