Kürdəmirdə 27 yaşlı gənc yıxılaraq yaralanıb

Baxılıb:370
Kürdəmirdə 27 yaşlı gənc yıxılaraq yaralanıb

 

Kürdəmir rayonunda 27 yaşlı gənc həyətyanı sahəsində yıxılaraq xəsarət alıb.

AzTimes.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşıq Şakir küçəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Namiq oğlu Kərimov həyətdə işləyərkən yıxılıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sağ mil sümüyünün qapalı sınığı və baş nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir