Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

Baxılıb:145
Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.


Abunəlik