Küçədə qadını bıçaqlayan şəxs əri imiş – RƏSMİ

Baxılıb:135
Küçədə qadını bıçaqlayan şəxs əri imiş – RƏSMİ

Bakıda küçədə arvadını bıçaqlayaraq daha sonra maşınla hadisə yerindən qaçan şəxs barəsində cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.


Abunəlik