“Koronovirusu Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və icra hakimiyyəti yayır”-şok iddida

0
542

Bu iddia ilə şikayət Nəsimi rayonu 3-cü mikrorayon, Huseyinbala Əliyev küçəsi mənzil 22 ünvanında yaşayan sakinlər tərəfindən AzTimes.az saytının poçt qutusuna daxil olub. Sakinlər bildirir ki, dəfələrlə adı çəkilən qurumlara binanın kanalizasiya problemi ilə bağlı müraciət etsələr də məsələ həll olunmamış qalmaqdadır. Vəziyyət elə acınacaqlı həddə çatıb ki, evlədə üfunət iyindən oturmaq mümkün deyil.Bütün dünyada koronavirus kimi təhlükəli epidemiyanın tüğyan etdiyi bir vaxtda adı çəkilən qurumların məsələyə biganə yanaşması elə epidemiyanın yayılmasına şərait yaratmaq deməkdir.Sakinlər bələdiyyə seçkiləri zamanı qapılarına, ayaqlarına kimi gələn bələdiyyə sədrinin də seçkidən sonra üzünü görmədiklərini deyirlər.”Hər dərdinizə dərman tapacam deyərək şirın vədlər verən
sədrimizin siması yadımızda təbliğat-təşviqat zamanı banerlərdən boylanan süfayi şəklindən qalıb. Üzünü belə görməmişik o gündən bu yana. 33 saylı Mənzil İstismarı nın rəhbəri isə həmişəki kimi öz aləmində.”
Bina sakinləri artıq hər yerdən əllərinin üzüldüyünü,səslərini duyurmaq üçün prezidentə kollektiv şəkildə müraciət edəcəklərini bildirir.
Pərvin Abışova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here