Koronovirus vaksini 5 nəfəri öldürdü
Ukraynanın Xarkov vilayətində ABŞ-dan gələn virusoloqların rəhbərliyi altında aparılan koronavirus vaksininin sınaqları beş nəfərin ölümüylə nəticələnib.
AzTimes.az-ın eadaily.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Lugansk Xalq Respublikasının Polis İdarəsinin mətbuat xidmətinin nümayəndəsi Aleksandr Maseykin bildirib.
Onun sözlərinə əsasən, ölənlər arasında dörd Ukrayna əsgəri və bir mülki şəxs var:
“Xəstələrin həyatı uğrunda mübarizə aparan həkimlər iynələrin tərkibi barədə məlumatları olmadığından onlara lazımi yardım göstərə bilməyiblər. Nəticədə dördü hərbçi olmaqla beş xəstə infeksiya nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib”.
Ümumilikdə Xarkov vilayətində peyvəndi sınaqdan keçirmək üçün koronavirusu olan 10 hərbçi daxil olmaqla, 15 nəfər ABŞ viroloqları tərəfindən seçilib.
Tədqiqat zamanı vəziyyəti pisləşən səkkiz nəfər təcili yardım şöbəsinə yerləşdirilib. Onlardan üç nəfər ağciyərlərin süni ventilyaiyası cihazlarına qoşulub./bığ.az