Koronavirusla bağlı testlərin sayı bir milyonu ötdü – RƏSMİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 7 351 test aparılıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bununla da ölkədə ötən müddət ərzində aparılan testlərin sayı 1 002 727-yə çatıb.
Hazırda Azərbaycanda aktiv xəstə sayı 2006-dır.