Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir – XƏBƏRDARLIQ

Baxılıb:169
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir – XƏBƏRDARLIQ

Koronavirusa yoluxmuş insan orqanizmin xüsusiyyətlərinə görə deyil, şəraitə görə “super yoluxdurucuya” çevrilir.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

Mütəxəssisin sözlərinə görə, “super yoluxdurucular” qrupuna hava sirkulyasiyası olmayan qapalı məkanlarda olan xəstələr daxildir. Müvafiq olaraq, həmin yerdə dezinfeksiya çatışmazlığı olduqda, sosial məsafəyə əməl edilmədikdə və fərdi qoruyucu vasitələrdən istifadə edilmədikdə, vəziyyət daha da ağırlaşır.

“Klassik bir nümunə ictimai nəqliyyatdır”, – deyə Qorelov əlavə edib.

Həkimin sözlərinə görə, bir çoxları simptomlar aşkar edildiyi zaman evdə qalmaq barədə vacib qaydalara əməl etmirlər.

O vurğulayıb ki, xəstəliyi ağır keçirən və davamlı öskürəyi olan insanın yoluxdurma ehtimalı daha yüksəkdir.

“Koronavirusu yüngül keçirənlər təxminən 10 gün, orta keçirənlər isə inkubasiya dövrünün sonundan etibarən 20 gün yoluxucu ola bilər”, – deyə Qorelov sözlərini yekunlaşdırıb.


Abunəlik