Korona tamamlandı, növbədə “çağın vəbası” var: Peyvənd üçün tarix verildi
Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusa qarşı hazırladıqları mRNT peyvəndi dünyada geniş şəkildə istifadə edilən Uğur Şahin və Özlem Türeci cütlüyü, “dövrün vəbası” olaraq xarakterizə edilən xərçənglə bağlı araşdırmalarında son vəziyyətdən danışıb.
İnqilabi mRNA Covid peyvəndi istehsal etmək üçün Pfizer ilə əməkdaşlıq edən Alman BioNTech şirkətinin həmtəsisçiləri Uğur Şahin və Özlem Türeci, xərçəng peyvəndini qarşıdakı illərdə hazır etmək üçün bir çox irəliləyişlər etdiklərini açıqlayıblar.
Müxtəlif xərçəng növlərini, xüsusən də bağırsaq xərçəngi və melanomanı hədəf alan müalicələr üzərində çalışan cütlük, xərçəngə qarşı peyvəndlərin 2030-cu ildən əvvəl hazır ola biləcəyini söyləyib.