Könüllülər Göyçaydakı türk şəhidliyini ziyarət etdi – Foto

Baxılıb:232
Könüllülər Göyçaydakı türk şəhidliyini ziyarət etdi – Foto

Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin Gənc Könüllüləri Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü münasibəti ilə bu döyüşlərdə şəhid olmuş Göyçayın Bığır kəndi ərazisində yerləşən türk əsgərlərinin məzar kompleksini ziyarət ediblər.

AzTimes.az xəbər verir ki, gənclər şəhid kompleksinin üzərinə qərənfillər düzərək, onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Aksiyada iştirak edən gənclər bildiriblər ki, Nuru Paşanın Azərbaycana gəlişi və öz ordusu ilə işğalçı daşnakları məğlub edərək ölkədən qovması, eləcə də Bakının işğaldan azad olunması bütün türk dünyasının şanlı qələbəsidir.(axar.az)


Abunəlik