KİYEVDƏ SON VƏZİYYƏT: Hazırda paytaxt uğrunda şiddətli döyüşlər gedir – ƏTRAFLI

Baxılıb:136
KİYEVDƏ SON VƏZİYYƏT: Hazırda paytaxt uğrunda şiddətli döyüşlər gedir – ƏTRAFLI

Rus işğalçı qoşunlarının paytaxtda öz məqsədlərinə çatmaq üçün bütün cəhdləri uğursuzluğa düçar oldu.

Aztimes.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

Məlumata görə, fevralın 28-dən səhər saatlarından rus qoşunları Kiyevin müdafiəsini yarmaq cəhdini davam etdirib. Dəfələrlə rus qoşunlarının karvanı paytaxtın kənarı hissələrinə basqın etməyə cəhd edib.

Rus qüvvələrinin bütün hərəkətlərinin nəzarətə götürüldüyü və vaxtında qərarların qəbul edildiyi qeyd edilir. Paytaxtda vəziyyət nəzarət altındadır.

“Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. İşğalçının texnikasının karvanı tam sıradan çıxarılıb. Düşmən xeyli şəxsi heyət itkisi verib. Rus qoşunları ruhdan düşüb, taqətdən düşüb. Biz evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərmişik. ”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı – Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynanı işğal edib. Hazırda Kiyev uğrunda şiddətli döyüşlər gedir.


Abunəlik