Kiyev əhalisi gecəni metroda keçirdi – Kütləvi hava hücumu
İyunun 10-u Ukraynanın paytaxtı Kiyev şəhərində sakinləri gecəni yeraltı metro stansiyalarında keçirməyə məcbur qalıblar.
Buna səbəb Rusiya ordusu tərəfindən edilən kütləvi hava hücumları olub.
Paytaxtın bir neçə rayonu bombalanıb. Gecə boyu Kiyevi güclü partlayış səsləri bürüyüb.
Hələlik dağıntılar və təlafat barədə dəqiq məlumat yoxdur.