Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Baxılıb:85
Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Sosial şəbəkə dələduzlarının hədəfi bu dəfə tələbələrdir.

Onlara kəsirlərinin silinəcəyi vədi verilərək, ödəniş istənilir. Bunun üçün tələbələrin şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir.

Sosial şəbəkələrdə paylaşılan bu elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, müraciət edənlər çoxdur.

Ekspertlər isə bildiriblər ki, semestr imtahanlarının balları təkcə elektron kabinetlərə deyil, universitetlərin rəsmi arxivinə də yerləşdirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu vədlərə inanan vətəndaşlar qarşı tərəfə bank kartı məlumatlarını ötürür və yaxud da göndərilən kart hesabına müəyyən məbləğdə vəsait daxil edirlər^

“Nəticədə hər iki haldan sonra vətəndaş kiberdələduzluqla üzləşir. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Belə problemlərlə bağlı müraciət daxil olduqda aidiyyəti üzrə araşdırmalar aparılır və tədbirlər görülür”.


Abunəlik