Keşlə qəsəbəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi
AzTimes.az xəbər verir ki, bu gün Keşlə qəsəbəsində Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin ən maraqlı anı isə Camal adlı pəhləvanın 54 tonluq vaqonu tək başına yerindən bir neçə metr çəkməsi olub. O bu uğurunu Ulu öndərə həsr etdiyini deyib. Tədbirdən maraqlı görüntüləri sizlərə təqdim edirik.