“KATECH” QSC-nın terminallarından 100000 manat necə oğurlandı?

Baxılıb:554
“KATECH” QSC-nın terminallarından 100000 manat necə oğurlandı?

Bu ilin yanvarın 31 – də gün əvvəl “KATECH” QSC-nin direktoru Cabbarov Elçin Böyükağa oğlu tərəfindən Abşeron rayon prokurorluğuna müraciət edilərək bildilirlmişdir ki, “Katech” QSC-nin istifadəsində olan 4 ədəd ödəniş terminalında “Terminal Technology Support” MMC-nin qanuni nümayəndəsi Bayramov Ruslan Əlövsət oğlu tərəfindən cəmi 14 əməliiyat nəticəsində 100800 manat pul köçürülmüşdür. Əməliyyatlar şübhəli olduğundan “Katech” QSC-nin əməkdaşları tərəfindən həmin ödəniş terminalına baxış keçirilmişdir. Nəticədə ödəniş terminalının daxilində olan pul kassetlərində pul əskinasları ilə köçürülən pulların üzləşdirilmiş və məlum olmuşdur ki, külli miqdarda pulların çatışmazlığı aşkar edilmişdir. Məslə ilə bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcələsinin 177.3.2 maddəsi üzrə cinayət işi başlanaraq araşdırılması Abşeron rayon Polis İdarəsinə həvalə edilmişdiur.

AzTimes.az


Abunəlik