Kapital Bank 2022-ci ilin nəticələrini elan etdi

Baxılıb:181
Kapital Bank 2022-ci ilin nəticələrini elan etdi

Kapital Bank-ın aktivləri 1 yanvar 2023-cü il tarixinə 7,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2023-cü il tarixinə 6,1 milyard manat olub.

Bankın 1 yanvar 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 802 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Abunəlik