Kanada ağır şərtlər altında – Tramp başqa şan vermir
“Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından yayınmaq üçün ABŞ-ın 51-ci ştatı olmalıdır”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Biz Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Bu kütləvi subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Bu sərtdir, amma bu bir faktdır” – o yazıb.
Yanvar ayında Tramp demişdi ki, Birləşmiş Ştatlar Kanada ilə böyük ticarət kəsirinin mövcud olmasına imkan verməməlidir və onun neft və qaz tədarükünə qarşı tədbirlər görməyə hazırdır. Amerika lideri ölkənin Amerika dövlətinə çevrilə biləcəyini, bunun nəticəsində heç bir qıtlığın və rüsumların tətbiqinə ehtiyac qalmayacağını da qeyd edib.