Kamran Əsədov: “Tələbələr işləməməlidir”

Baxılıb:188
Kamran Əsədov: “Tələbələr işləməməlidir”

“Tələbələr təhsil haqqını ödəyə bilmirsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik”. Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: “ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

Joblist.az saytı tələbələr üçün hansı iş imkanlarının olması ilə bağlı zaman-zaman arayışlarla çıxış edir. “Aztimes.az” xəbər verir ki, tələbələr üçün “part time” (yarımgünlük) işlərin siyahısı xeyli zəngindir.

Hər bir tələbə, əyanı və ya qiyabi oxumağından asılı olmayaraq elə tələbəlik illərindən ilk növbədə öz ixtisası üzrə iş tapmağa, bu mümkün olmadıqda təcrübə proqramı tapmağa çalışmalıdır.

İxtisasınıza uyğun işdə çalışmaq və ya təcrübə keçmək oxuduğunuz sahəni daha dərindən mənimsəməyə imkan verəcək, praktiki biliklərə yiyəlməyə yardımçı olacaqdır. Həmçinin, bu sahədə çalışan şəxsləri tanıyacaqsınız, hansılar ki sizə karyeranızla bağlı dəyərli məsləhətlər verə, boş vakant yerlər üçün CV-nizi tövsiyə edə bilərlər.

Öz ixtisasınız üzrə olmasa belə çalışmağınız sizə ilk növbədə maliyyə azadlığı verəcək. Bundan başqa siz çalışaraq bütün peşələrdə sizə lazım olacaq biznes bacarıqlara yiyələnəcəksiniz.

Əyani təhsil alan tələbələrə isə yarımştat işdə işləmələri təhsil haqlarının ödənilməsi, şəxsi inkişaflarına yatırım etmələri üçün əla fürsətdir. Tələbə üçün şəxsi gəlir mənbəyinin olması ilk növbədə azadlıq deməkdir. Xərclərini valideylərindən asılı olmadan şəxsən özü tərəfindən çəkilməsi həm tələbənin yetkin bir fərd kimi inkişaf etməsinə, həm də xərcləri idarə etmək kimi bacarıqlara yiyələnməsinə yardımçı olacaq.

Sözsüz ki, tələbə üçün part-time işləmənin ən böyük üstünlüklərindən biri də təhsilini bitirdikdən sonra daha rahat iş tapa bilməsi olacaqdır. Bir çox hallarda tələbələr elə tələbəlik illərində yarımştat işçi və ya təcrübəçi olaraq başladığı yerdə təhsilini bitirən kimi tam ştat işlə təmin olunurlar. Əksər işəgötürənlər yeni məzunları işə götürərkən daha əvvəl təcrübə proqramı ttps://joblist.az/job-type/tecrube/nda iştirak etmiş və ya hər hansı sahədə işləmiş (hətta ixtisası və müraciət etdiyi vəzifəyə uyğun gəlməyən təcrübələrdə belə) şəxslərə üstünlük verirlər.

Bir qədər təzadlı səslənsə də bəzən yarımştat işləmək tam ştat işləməkdən daha çox gəlir gətirə bilər. Bunun üçün bir neçə işi apara bilmə bacarığınız olmalıdır. Yarımştat çalışaraq bir neçə işəgötürənlə paralel çalışa bilərsiniz. Bununla siz normal həftəlik iş saatlarında daha çox işləyə bilərsiniz. Düzdür, bir qədər yorucu ola bilər, lakin nəticə etibari ilə daha çox qazanmağınız üçün imkan yaradırsınız.

Digər tərəfdən, siz tam ştat işləyərkən yaranan bəzi xərclərə qənaət edə bilərsiniz. Məsələn, bəzi hallarda valideynlər övladlarını məktəbdən götürə bilmirlər, bunun üçün dayə tuturlar və ya övladlarını məktəbin daxilindəki bahalı dərnəklərə yazdırırlar. Part-time işlədikdə isə övladınızı məktəbdən özünüz götürə və inkişafı ilə özünüz məşğul ola bilərsiniz. İşdə olarkən nahara xərclədiyiniz pulların əvəzinə evdə daha qənaətcil nahar edə bilərsiniz və s.

Amma eyni zamanda tələbənin təhsil aldığı universitetin təklif etdiyi iş imkanları da. Bu, ilk növbədə tələbəyə çox vaxt itirmədən dərsdən işə getmək imkanı yaradır. Digər tərəfdən, oxuduğu universitetdə çalışması onu müəllim kollektivi və digər işçilərlə daha yaxın edir. Əlavə olaraq universitet binasında işləməyiniz sizi tədris resurslarına daha yaxın edir. Bu isə boş vaxtınız olduqda dərslərinizlə məşğul olmağa şərait yaradır.

Oxuduğunuz təhsil ocağının imkanlarından asılı olaraq universitetiniz sizə kitabxanada, fərqli klub və cəmiyyətlərində, müxtəlif kafedralarda, laboratoriyasında və yataqxanasında müxtəlif iş imkanları təklif edə bilər.

Keçək digər seçimlərə. Bunların ilk sırasında inzibati işlər gəlir.  Bir çox inzibati işlərdə ali təhsil tələb olunmur, bu da sizə diplomunuz olmadan belə işləməyinizə imkan yaradır. Tələbələrin çalışa biləcəyi inzibati işlərə ofislərdə kargüzarlıq işləri, köməkçi, qeydiyyatçı işləri aid edilə bilər. Bu işlərin əksəriyyətində, əsasən də qeydiyyatçı kimi işlərdə iş yükü bir o qədər də çox olmur. Bu isə sizin iş zamanı da dərslərinizlə məşğul olmağınıza şərait yaradır.

Əgər məktəbdə hansısa fənni hamıdan yaxşı bilirsinizsə, bu sahədə kiçik siniflərə dərslər deyə bilərsiniz. Siz iş qrafikinizi və iş yükünüzü sərbəst şəkildə özünüz müəyyən edə biləcəksiniz. Həmçinin bu fəaliyyətlə öz evinizdə məşğul ola bilərsiniz. Buna görə də hər hansı ofisi kirayələmək və digər xərclər tələb olunmur.

Repetitor kimi fəaliyyət göstərməyiniz üçün siz müvafiq fənni yaxşı bilməyinizdən əlavə tədris metodikalarını bilməyiniz və məktəblilərlə işləmə həvəsinizin olması vacibdir.

Azərbaycanda tələbələr iş tapmaq üçün “JobSearch.az”, “Boss.az”, “edumap.az” kimi karyera saytlarından, sosial şəbəkələrdən, İnsan Resursları Şirkətlərinin xidmətlərindən istifadə edə bilirlər.

Araşdırmalar zamanı məlum olub ki, təcrübə proqramlarından başqa, tələbələrə ən çox təklif olunan vakant yerlər əsasən bunlardır:

Ofisiant, satıcı, nəzarətçi, SMM menecerlik, kuryer, operator, tur təmsilçisi, turizm-infarmator, tərcüməçi  və ingilis dili müəllimi (ümumi ingilis dili, IELTS, TOEFL səviyyəsində). Bu işlərdə isə orta əmək haqqı əsasən 200-400 arasında dəyişir.

Beynəlxalq Əmək Təşkilatı (ILO) ttp://www.ilo.ch/global/lang—en/index.htm part-time işə “həftəlik qəbul edilmiş standart normadan daha az vaxt tələb edən iş” kimi tərif verir. Həftəlik iş norması ölkələrə görə fərqlənir. Azərbaycanda bu norma həftəlik 40 saat olaraq qəbul edilib (həftədə 5 gün, 8 saat). Əksər inkişaf etmiş ölkələrdə bu rəqəm 30-40 saat arasında dəyişir. Ümumi tendensiya bunu göstərir ki, ölkənin iqtisadiyyatı inkişaf etdikcə və texnologiyalar təkmilləşdikcə həftəlik iş norması aşağı düşür.

2015-2019-cu ilin statistikasına görə, Avropa Birliyi ölkələrinin ümumi əmək qabiliyyətli əhalisinin təxminən 15-20%-i yarımştat işlərdə çalışır. Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə yarımştat işlərdə daha çox xanımlar çalışır. Belə ki, tam ştat işləyən əhalinin 40%-nı xanımlar təşkil etdikləri halda, part-time çalışanların yarıdan çoxunu (57%) xanımlar təşkil edir. Buna əsas səbəb uşağa qulluqla əlaqədar xanımların bir müddət tam ştat işləyə bilməməsidir.

Amma görünən odur ki, Azərbaycanda tələbələrin işləmək həvəsi olduqca güclüdür. Hətta dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər tələbələrin işləmə həvəsi olmur. Çünki onlar üçün təhsil birinci pillədə durur və işləyəcəkləri iş də hökmən oxuduqları sahəni əhatə etməlidir. Ekspertlərin qənaətincə, Azərbaycanda bu əksinədir. Tələbə dərsdə yatmalı, müəllimin rəhmi gəlib onu oyatmamalı, tələbə işə gedib pul qazanmalı, dostları onun qaiblərini ört-basdır etməli, tələbə qazandığı pulu çayxanaya, futbola və bu kimi gərəksiz sahələrə qoymalıdır. Bunun üçün isə hökmən işləməlidir: “Xaricdə təhsil alıb işləmək istəyirsinizsə, ən əsas gözə almalı olduğunuz məqam bunun hiper çətin olacağıdır. Bəzi xarici ölkələrdə təhsil alan tələbələrə məhdud olsa da, iş izni verilir. Bəzi ölkələrdə isə oxuyaraq işləmək qanunla qadağan olunmasa da bunun üçün leqal prosedurlar yoxdur. Bu cür ölkələrdə çalışan tələbələr ya əlavə dil öyrənmək, ya da ixtisaslarını artırmaq, işində daha uğurlu olmaq üçün işləməyə can atırlar. Bizdə 25 yaşını keçmiş tələbəni kitab oxutmağa sövq etmək heç də asan olmur, amma xaricdə məqsəd oxumaq olduğundan burada hətta 35 yaşında tələbə də tapmaq mümkündür. Bizdə universitetə qəbul olduqdan sonra universiteti bitirmək tələbə üçün mühüm məsələ olmur. Onun üçün əsas məsələ universitetdən hansısa şəkildə olursa-olsun, diplom almaq, sonra da ortabab iş tapmaqdır”.

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əmək qanunvericiliyinə görə, əyani istərsə bakalavr, istərsə magistratura pilləsində təhsil alan şəxslər əmək fəaliyyəti ilə məşğul ola bilməz. Yalnız doktorantura pilləsində yarımştat işləməyə icazə verilir: “Bilirik ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. 167 mini bakalavr pilləsində oxuyur və onların 110 mini ödənişli əsaslarladır. Azərbaycanda ortalama təhsil haqqı 2500 manatdır. Pandemiya səbəbindən insanlar öz ehtiyaclarını və təhsil haqlarını ödəmək üçün gəlirlərini itiriblər. Deputatımız deyir ki, tələbələr işləməlidir. O tələbələr sabah əmək bazarında ixtisaslı kadrlardır. Onlar yaxşı olar ki, bütün günlərini və diqqətlərini təhsillərinə yönəltsinlər”.

K.Əsədov hesab edir ki, tələbələr işlədikləri üçün növbəti gün dərslərinə yaxşı hazırlaşmırlar. Hətta ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrin akademik göstəricilərinə baxanda görürük ki, onlar təhsillərini yüksək uğurla başa çatdırmayıblar: “Bunlara təsir göstərən amillərdən biri təhsilləri müddətində çalışmalarıdır. Bundan  başqa, tələbələr üçün çalışma məkanları restoranlar, kafe və xidmət yerləridir. Bu da ixtisaslı kadrlar üçün uyğun yerlər deyil. Tələbələrin müəyyən gəlirlərin olması üçün işləmələri müsbət haldır. Amma onlar heç də gedib kafe və restoranlarda çalışıb, qeyri-profilli işlərlə məşğul olmamalıdılar. Onlar özlərinə yaxın olan sahələrdə işləsələr, ixtisaslı kadr kimi gəlir əldə edə bilərlər. Bu, Milli Məclisin müzakirə edə biləcəyi məsələdir. Çünki qanunvericiliyə görə, tələbələr çalışa bilməzlər. Yaxşı olar ki, Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik etsin. İkinci tərəfi, dövlət istedadlı şəxslərlə işi üzərinə götürür. Azərbaycanın ali təhsilli şəxsi kimdirsə, o, əmək bazarında potensial işçidir. O, təhsil almayıb, ancaq işləməklə məşğul olacaqsa, yetərli kadr olmayacaq”./Yeni Müsavat


Abunəlik