Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Baxılıb:128
Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.”Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.


Abunəlik