Kəndləri təslim etmirik, bunu edən cinayətkar olar: Köçəryan İrəvanın mövqeyini açıqladı

Baxılıb:113
Kəndləri təslim etmirik, bunu edən cinayətkar olar: Köçəryan İrəvanın mövqeyini açıqladı

Biz kəndləri təslim etmirik, bu mümkün deyil, belə adam cinayətkar sayılar. Biz dövlət sərhədinin qanuni rəsmiləşdirilməsi prosesinə başlayırıq.

Bunu aprelin 8-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanda siyasi qüvvələr reallığa uyğun gəlməyən şeylərdən danışırlar. “Oraya (Tavuş rayonuna – red.) gedirlər, ağacların altında şəkil çəkdirirlər və deyirlər ki, guya Ermənistan kəndləri təslim edib. Əgər siz sərhədlərin müəyyən edilməsinin təsəvvür etdiyiniz təhlükəsiz mühiti yaradacağını düşünürsünüzsə, bunun üçün uzun illər lazım olacaq. Əvvəllər bu kəndlər bir yerdə yaşayırdılar. Atəş başlayanda bu, düşmənçiliyi daha da dərinləşdirdi. Sovet illərində onlar vahid təhlükəsizlik damı altında olublar”, – deyə deputat vurğulayıb.

Köçəryan izah edib ki, dövlət sərhədini heç olmasa kiçik bir ərazidə düzəltmək olarsa, sərhəd xətti qurulandan sonra onu qorumaq çox asan olacaq, çünki orada yerləşdirilən qüvvələr onların pozulmamasına cavabdeh olacaq.

“Əgər onlar Tavuşdan başlayıblarsa, deməli, Baş Qərargah bunu məqsədəuyğun hesab edib”, – deyə o yekunlaşdırıb.


Abunəlik