Kəmaləddin Qafarov TƏBİB sədri olmaq istəyir

Baxılıb:393
Kəmaləddin Qafarov TƏBİB sədri olmaq istəyir

Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub.

TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib.

AzTimes.az-a daxil olan məlumatlara görə, bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.

İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.

Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.

Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.

Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik