Kəmaləddin Heydərovun qardaşı oğlu Rəmişin müalicə xərclərini öz üzərinə götürdü
Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir.
AzTimes.az xəbər verir ki, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyət çəkən sənətkarı ziyarət edənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov də olub.
O, ötən gün həyat yoldaşı ilə birlikdə Rəmişin evinə gedərək, onun səhhəti ilə maraqlanıb.
Sahib Heydərov Xalq artistinin səhhətinin normallaşması üçün müalicə xərclərini də öz üzərinə götürüb./sfera.az