“Jurnalistlər binası”nın ətrafında 700 ağac əkiləcək
“Bu mövsüm ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başladı. Ağacəkmə tədbirləri bütün ölkə üzrə davam etdiriləcək”.
Aztimes.az xəbər verir ki, Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
O bildirib ki, həmin yerlər minalanmış ərazi olduğundan orada kütləvi tədbirlər keçirə bilmirik:
“Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparır. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm”.
F.Əliyev qeyd edib ki, “jurnalistlər binası”nın ətrafında 400-ə yaxın ağac əkilib:
“Əkilənlərdən əlavə 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, ərik, əzgil və s. var. Bu ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə bu ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.