Jurnalistlərə qoyulan qadağanın pərdə arxası-İFŞA
YAXIN ƏYLƏŞİN DOSTLAR. DEYƏCƏKLƏRİM VAR.
Deməli keçən sərtləşdirilmiş karantin müddətində gündəm düz bir həftəyə yaxın “Yasamal hadisələri” ilə məşğul edildi. Ondan əvvəl daim xalqın yanında olan Kamil Zeynallı həbs edildi, şəhid anaları təhqir edildi… Belə misalları cox çəkmək olar. Bizdə aqressiya yaradan bu hadisələrə kənardan baxanda medalyonun o biri üzü görünür. Elə bil hansısa “gözəgörünməz ” bütün gücü ilə çalışır ki, ölkədə qarışıqlıq yaratsın. Kimlərinsə əli ilə sakitliyi pozsun. Bütün hallarda da prezidentdən narazılıq yaratmaq məqsəd seçilir. Çox maraqlıdır ki, bunu sıradan biriləri etmir.
Son addımda isə azad media nümayəndələri hədəf seçilib. Deməli belə. Gördülər ki, o biri hallarda heç nəyə nail ola bilmədilər, indi də bizi alət etmək istəyirlər. Bizi sıxışdırırlar. Azadlığımızı məhdudlaşdırırlar. Dünyanın hec bir yerində tətbiq edilməmis qaydaları bizim üstümüzdə sınaqdan keçirirlər. Çünki çox gözəl bilirlər ki, bizim sadə vətəndaşla təmasımız daha güclüdür. Bilirlər ki, bizim cəmiyyətdəki hörmətimiz, bizə olan rəğbət bir çox məmurların hörmətindən qat-qat yüksəkdir. Bizə olan etimad çoxdur. Biz inam qazanmışıq. “Onlar ” bilirlər ki, biz güclüyük. Bizim qələmimiz onların milyonlarından daha dəyərlidir. İndi bizləri xaos yaratmaq üçün alət etmək istəyirlər. Sizi dəcəllər… Siz bilirsiniz ki, biz Azad media nümayəndələri neçə xasiyyətli insanlar görmüsük? Elə günlərimiz olub ki, sizlərin bir ayda qəbul etdiyiniz vətəndasların sayı qədər insanlarla üzləşmişik. Ona görə də kiminsə elə baxışından tuturuq ilk həmlədə nə etmək istədiyini. Bu baxımdan da biz heç kimin oyunlarına alət olmarıq.
Düzdür, azad media nümayəndələri bəzi qüvvələrin yerləşdirdiyi araqatanlar tərəfindən parçalanıb. Amma bu bizim tamamilə yox olmamız anlamına gəlmir.
Bizlər nəyi bilməsək də öz hüquqlarımızı gözəl bilirik. Ölkənin bu cətin günlərində bizim birləşəcəyimiz yer ancaq xalqın ətrafıdır. Sizin bizdən aldığıniz azadlığımızı sökə-sökə alacağıq.Cinayət Məcəlləsinin pozmuş olduğunuz 163.1-i ilə cavab verəcəksiniz. Biz 90-cı illərin aclığını da görmüşuk, müharibənin qanlı üzünü də. Polisin təpiyini də, məmurun hədəsini də. Bizi yolumuzdan heç nə ilə döndərə bilməzsiniz. Biz bu çətin anlarda xalqımızın yanındayıq. Dövlət də bizimdir, xalq da, torpaq da , bayraq da , prezident də.Anladınız da yəqin. Anlamadınızsa deyim: Bu plana da bir quş. Azad Media ilə alınmadı. Keçin “B”planınıza.
Pərvin Abışova /AzTimes.az/