Jurnalistin yazdığı statusla bağlı araşdırma başladıldı

Baxılıb:478
Jurnalistin yazdığı statusla  bağlı araşdırma başladıldı

Ötən gün AzTimes.az saytının baş redaktoru Pərvin Abışovanın şəxsi “Facebook” hesabında Bərdə sakini yaşlı qadının narkotik aludəçisi oğlu ilə bağlı muraciəti dərhal DİN tərəfindən nəzarətə götürülüb.

“Narkotikin məhv etdiyi daha bir ailə! Ana Bərdə rayonundan zəng edib saatlarla ağlayır. Deyir qoca vaxtımda qonşularda yatiram. “Oğlum Imanov Cingiz Həsən oğlu.1979 -da Ağdamda anadan olub,dörd dəfə məkumluğu olub, islah olmayıb.Yaşayiş yeri Bərdə yenimiz Həsənqaya qəsəbəsi bina 12 mənzil 27dir. Oğlum evdə heç nə qoymayıb. Bütün əşyaları daşıyıb satır. Bərdə polisinə dəfələrlə müraciət etmişəm, cavabları bu olur ki, ay arvad, öz mülküdür, özü bilər. Bəs mən kiməm? Nə işə baxıram o evdə? Qoca yaşımda biabır olmuşam. Oğlum Vağzalda dəmir yolunun reyslərini də çıxarıb satır. Bir gün ağır qəza baş verəcək, onda deyəcəm ay polis oğullar, axı mən sizə demişdim. Mən Vilayət Eyvazovun ədalətinə sığınıram. Nə olar, oğlumu dispanserə yerləşdirsin. Ömrümün son günlərində oğlumun, canımdan ayrılan canın xarabaya çevirdiyi evimdə olmaq istəyirəm.”Heç bir anaya bala utancı, bala itkisi arzu etmirəm. Ağır dərddir. Mən əminəm ki, Bərdə polisi məsələyə ciddi yanaşacaq. Bunu niyə əminliklə deyirəm, çünki, Bərdə RPŞ-nin bu mərətlə aylardır necə mübarizə apardığını AzTimes.az olaraq oxuculara ilk təqdim edənlərdənik.”

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.


Abunəlik