Jurnalistdən AzTV sədrinə sillə kimi CAVAB:”TV-yə ayrılan miyonları basıb yediyi yetmir, hələ bir dili də var danışır”

Baxılıb:915
Jurnalistdən AzTV sədrinə sillə kimi CAVAB:”TV-yə ayrılan miyonları basıb yediyi yetmir, hələ bir dili də var danışır”

Ötən günlərdə AzTV-nin Azərbaycan Nəşriyyatınin binasından hazırladığı tələm-tələsik reportaj cəmiyyətdə birmənalı qarşılanmayıb. Çox maraqlıdır. Hesablamalar palatasının aylar əvvəl girib hələ də yeyintiləri hesablayıb bir yana çıxa bilmədiyi AzTv -nin bu əməli öz gözündə tiri unudub başqasının gözündə tük gəzməyə bənzəmirmi? Bu reportaja münasibətlər gecikməyib. Bir çox media nümayəndələri məsələyə fikir bildirib. Ən kəskin reaksiya isə “Arazxeber agentliyi” nin redaktoru Zərdabi Abbasovdan gəlib. AzTimes.az sizə yazını olduğu kimi təqdim edir:

“Rövşən Məmmədov “Azərbaycan” nəşriyyatında nə axtarır?Rövşən Məmmədovun AZ.tv-yə təyinatından sonra oradakı özbaşınalıqdan yazmayan jurnalist qalmayıb. Rövşən Aztv-ni dədəsinin obyekti kimi işlətdiyi hamıya bəllidir. Bunları yazan media mənsublarının əksəriyyəti də “Azərbaycan” nəşriyyatında yerləşir. Rövşən Məmmədov da öz ağılıyla güya həmin medialardan heyif çıxıb onları reket jurnalistlər adlandırır. Lakin, o unudur ki, nəşriyyatın binası Prezidentin İşlər İdarəsinin balansındadır və ona görə də həmin bina Prezident Aparatının nəzarətindədir. Deməli, belə çıxır ki, Aztv Prezident Aparatının işini ifşa edir.TV-yə ayrılan miyonları basıb yediyi yetmir, hələ bir dili də var danışır. AZ tv-nin icarəyə vermədiyi deşiyi qalmaıb, hələ nəşriyyatın dəmir sexindən danışır.Çox güman ki, bu çəkdirdiyi “reportaj” Rövşən Məmmədova baha başa gələcək.”

AzTimes.az


Abunəlik