Jurnalist Bakı İcra hakimiyyətinə səsləndi:”Hələ də Bakıda 1918-ci il mart qırğınlarının memorial abidəsi yoxdur”

Baxılıb:138
Jurnalist Bakı İcra hakimiyyətinə səsləndi:”Hələ də Bakıda 1918-ci il mart qırğınlarının memorial abidəsi yoxdur”

AzTimes.az saytı xəbər verir ki, Space telekanalının tanınmış siması, “El bizim, sirr bizim ” verlişinin aparıcısı Elçin Əlibəylinin ” Bakı İcra Hakimiyyətinə!” başlıqlı statusu çoxsaylı izləyici diqqətə  səbəb olub. Həmişə kəskin fikirləri ilə gündəmi zəpt etməyi bacaran jurnalist, bu dəfə də bir çoxlarının dilə gətirə bilmədiyi  həqiqətləri cəsarətlə  söyləməyi bacarıb. Müraciəti olduğu kimi sizə təqdim edirik.

 “Bakı Şəhər İcra Hakimiyyətinə! Tolstoy böyük yazıçıdır və onun əsərlərini olduqca zövqlə oxumuşam. Mənim bu yazıçı ilə bağlı problemim yoxdur, amma şəhərin ən mərkəzi küçələrindən birinin hələ də onun adını daşımasını anlaya bilmirəm. Məntiqli olardı ki, Xaqani, Nizami küçələrinin paralelində və Nəsimin heykəli yanında olan bu küçə Nəsiminin adını daşısın. Qorki, Mayakovski, Yesenin küçələri məntiqlidir, onlar burada olub və bir kəlmə Bakı haqqında deyiblər. Bəs Tolstoy? Azərbaycanlılar haqqında yüksək fikirlər demiş Aleksandr Dümanın adına küçə verməyi necə düşünürükmü? Bilirik ki, Fransa ermənilərin havadarıdır, amma 1920-ci il Paris Sülh Konfrasında Fransa bizim tərəfimizdəydi. Yenə hansısa yolla bu ölkəni özümüzə tərəf çəkə bilərik. Məsələn, elə Şarl de Qolun adına xırda da olsa küçə adı verməklə. Puşkin “Смирись, Кавказ: идёт Ермолов!” yazdığına görə ona heykəl, küçə adı verdik, amma erməni diaqnozu qoyduğuna görə dəyərdi. İrəvanın düz mərkəzində Qriboyedova heykəl ucaldıblar, çünki məhz o, onların Azərbaycana köçürülməsinə rəhbərlik etmiş adam idi. Biz necə, onu ifşa edən Veliçkonun adına küçə vermək haqqında düşünmüşükmü? Xrebtovılar, naqornılar, paralelnilər hələ də Bakını bəzəyir. Niyazinin adına olan küçə isə yoxdur. İndi bildiyimiz Niyazi özbək şairi Xamza Niyazinin adının daşıyır. Gəldik əsas, bəlkə də vacib məqama Azərbaycan Nazirlər Kabineti Lermontov küçəsində yerləşir. Demirəm bu binanı sürüşdürüb Xoyski prospektinə aparaq, qoy yerində qalsın. Bəlkə küçənin adını dəyişək? Şah Təhmasib adı verək o küçəyə. Axı tariximizdə böyük yeri olan və uzun müddət hakimlik etmiş hökmdar kimi onun küçə adı daşımağa haqqı var! Uzun Həsən, Qara Yusif və s. hökmdarlarımız kimi. Azərbaycan Milli Məclisi Parlament prospektində yerləşir. Deyəcəksiniz məntiqlidir, müsəlman Şərqində ilk parlamenti quran ölkənin parlamentin ünvanı 7 dekabr 1918 –ci il küçəsi olmalıdır. Neftçilər prospektini anladım, bəs İnşaatçılar prospekti və metrosu? Ona qalsa müəllimlər, həkimlər inşaatçılardan az iş görməyiblər, onların adına bir tin də yoxdur. O böyük prospekt və metro da bir böyük azərbaycanlının adı üçün darıxıb! İrəvan adında küçə və xiyabanın olması vacibdir! Qədim şəhərimizi haylara hədiyyə etmişik, barı adını qaytaraq və o xiyabanda 1905, 1918, 1946-52, 1988-ci il hadisələrini əks etdirən və oradakı mahalların hər birini simvolizə edən abidə ucaldaq! Hələ də Bakıda 1918-ci il mart qırğınlarının memorial abidəsi yoxdur. O qəlyana bənzəyən fəvvarələr əvəzinə belə bir abidə qoymaq olmazdırmı? Şairlərimiz bizim üçün əzizdirlər, amma yalnız onlara heykəl ucaltmaqla iş bitmir. Böyük sərkərdə və hökmdarların da heykəlləri Bakımızı bəzəməlidir.”


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir