“JASMİN”-Hekayə

Baxılıb:304
“JASMİN”-Hekayə

Soyuq Fevral ayı idi. Suvinir mağazasında işləyirdim. Axşam saat 9 idi. İş yerimin önündən bir xanım keçdi. Çox fikirli idi. Sanki həyatından bezmişdi. İş vaxtım bitmək üzrə idi. Yorğun və fikirli idim. Evə doğru gedirdim və birdən həmin xanımı gördüm. Yaxınlaşıb, -necə kömək edə bilərəm? -dedim. Mənə baxıb göz yaşını sildi və bir qədər sakitləşdi. heç nə başa düşə bilmirdim. Səssizcə uzaqlaşdı. Evə getdim. Yemək yeyib çarpayıma uzandım. Bütün gecə xanımın nə üçün ağladığını və nəyə görə qəmgin olduğunu düşünürdüm. Təbii ki, tanımadığım xanım haqqında düşünmək mənə qəribə gəlirdi. Çox çətinliklə yuxuya getdim. Ertəsi gün axşam həmin xanımı yenidən iş yerimin önündən keçərkən gördüm. Dünən olduğu kimi qəmgin və həyata küsmüş tərzdə idi. Sanki bir qüvvə məni ona yaxınlaşıb dərdini öyrənməyə sövq edirdi. Dərhal iş yerimi tərk etdim. Bu dəfə fərqli mənzərə ilə qarşılaşdım. Adını bilmədiyim xanım cibindən qəpik çıxardıb körpəsi ilə dilənən qadına uzatdı. Bu mənzərə mənə sadəcə ibrətlik dərs idi. Çünki, mən də həmişə bu yoldan keçirəm və heç vaxt körpəsi ilə dilənən qadına kömək etməmişdim. Anidən xanımın vəziyyəti pisləşdi, huşunu itirib yerə yıxıldı. Dərhal özümü yetirib xanımı qollarıma aldım. Tanımadığım birinə yalnız insanlıq naminə kömək edirdim. Diqqətlə ətrafa nəzər yetirdim. Kənarda, işıq dirəyinin yanında köhnə vaz21.06 markalı maşın var idi. Sürücüyə səsləndim, kömək etməsini xahiş etdim. Xanımı qucaqlayıb maşına apardım. Sürücü dərhal yaxınlıqdakı xəstəxanaya doğru maşını hərəkət etdirdi. Xəstəxanada olarkən xanımın yerləşdirildiyi otağın qapısının önündən bir dəqiqə belə ayrılmadım. Axı nə baş verirdi? Mən niyə bu qədər narahatam? Baş həkimlə qarşılaşdım. -narahatlığa heç bir əsas yoxdur, deyib otağına doğru getdi. Daha sonra baş həkim yaxınlaşıb xanımın nəyi olduğumu soruşdu. Yerimdə donmuşdum və nə edəcəyimi bilmirdim. Həkim ikinci dəfə həmin sualı soruşdu. Çətinliklə də olsa dostum olduğunu dilə gətirdim. Həkim, -dostunuzu evə apara bilərsiniz deyib uzaqlaşdı. Nə edəcəyimi bilmirdim. Saat 22:35-i göstərirdi. Gecənin bu vaxtı mən xanımla necə danışacağam? Ürəyim elə çırpınırdı ki, sanki yerindən çıxacaq. Həkimlər xanımı olduğum yerə gətirdilər. Baş həkim sadəcə xanımın huşunu itirdiyini və ciddi heç nə olmadığını bildirdi. Daha sonra baş həkim xanıma, -sizi buraya dostunuz gətirmişdi və sərhəd növbəsini çəkən əskər kimi sizin keşiyinizi çəkmişdir. Bir anlıq da olsa, buranı tərk etməmişdir, dedi. Xanım gözlərimin içinə baxırdı. Həkimlər getdilər. Xanım isə öz təşəkkürünü bildirdi. Mən isə danışa bilmirdim. Xəstəxanadan bir çıxdıq. Birdən xanım, -adım Jasmindir. Bu xeyirxah əməlinizi nəyə borcluyuq? -dedi. Heç nə deyə bilmirdim. Bütün bədənim əsirdi. Özümdə güc tapıb -insanlıq naminə, deyib iki addım irəliyə doğru hərəkət etmişdim ki, Jasmin xanım, -bəs sizin adınız nədir? Kövrək səslə sual verdi. -Adım Cahiddir, deyə cavab verdim. Sonra ayrılıb yol ayrıcı ilə getdik. Evə gəldim. Yuyunub yataq otağına keçdim. Səhərə qədər qara gözlü, kaman qaşlı Jasmin xanımı düşündüm. Saat 05:20 idi və mən hələ də yuxulu halda onu düşünürdüm. Axı O kimdir? Deyəsən mən bu xanıma vurulmuşam. Səhər suvinir mağazasında səssizlik hakim idi. Anidən qapı açıldı. Jasmin xanım içəri daxil oldu. Bu dəfə sevincli idi. Piştaxtaya yaxınlaşıb, -sabahınız xeyir, Cahid bəy, -deyərək müraciət etdi. Düzü 25 yaşıma qədər mənə heç kim bəy deyə müraciət etmədiyi üçün bir qədər bu ifadə mənə gülünc gəldi. sonra həyatını xilas etdiyim üçün mənə bir daha təşəkkür etdi. Nömrəsini verib getdi. Mən buna hazır deyildim. Sadəcə, -çox sağ olun deyə bildim. İş vaxtım bitdi. Evə getdim. Bu gecə də fikir deyilən ucsuz-bucaqsız səhraya səyahət etdim. Sonda qərara gəldim ki, vaxt eləyib zəng edim. Ertəsi gün günorta işə fasilə verdim və sonra zəng etdim. Bir az danışdıq və yer təyin edib görüşməyi qərara aldıq. Belə düşünürdüm ki, xoşbəxt olmaq üçün istəməlisən, hər xırda səbəbdən xoşbəxt olmağı bacarmalısan. Bəli, bu belə idi. Görüş yerinə getdim. Jasminlə danışdım. Dost olmağa və daima bir-birimizə dəstək olmağa qərar verdik. Belə tez bir zamanda heç kimlə ttanış olub dost olmamışdım. Jasmin ilk qadın dostum idi. Amma mnə elə gəlirdi ki, yaşadığım hər bir hadisə sanki bir yuxu idi. Beləliklə, hər dəfə görüşəndən sonra Jasminə olan hisslərim daha da dəyişirdi. Jasmin rəssam idi. Bir gün Parisdən təklif gəldi. Onun əl işlərini bəyənən avropalılar onun ölkələrində əbədi yaşammağını istəyirdilər. Düzü, bu təklifi qəbul etməyəcəyini fikirləşirdim. Lakin belə olmadı. O heç bir məktub və ya zəng etmədən səssizcə Parisə getdi. Çox ağlayırdım və öz-özümə, -nəyə görə belə oldu? Bəlkə mən səhv başa düşmüşəm? Sonra anladım ki, həyat davam edir. Nə olursa, olsun, kiminsə məni dəyişməyinə icazə verə bilmərəm. Həyat əvvəlkitək davam edirdi. Bir gün dostum məni öz ad gününə dəvət etdi. Dostum ad gününü dənizkənarı parkda bahalı bir restoranda keçirirdi. Dəvətini qəbul edib getdim. Gözlərimə inana bilmirdim. Jasmin orada, məclisin sonunda əyləşmişdi. İstədim geriyə qayıdam, lakin dostumun xətrinə getməli deyildim. Jasmin məni gördü, gülən siması dəyişdi. Sanki kiminsə qatili idi. Dözməyib restoranı tərk etdim. Ardımca gəldi. Arxamca hayqıraraq, -bağışla -dedi. Fikir verməyə bilməzdim, dizlərini yerə atıb ağlayırdı. Axı nə edə bilərdim? Sonra, -boş ver -deyib evə doğru getdim. Evə gəlib çatana qədər elə hey -görəsən düzmü etdim? -deyirdim. Yuyunub yatdım. Yorğun olduğum üçün nəsə fikirləşmədim. Ertəsi gün işə getdim. Mənə bir məktub yazılmışdı. Məktubun üzərində Jasmin yazılmışdı. Məktubu oxudum. Bu onun son sözləri idi, çünki, məktubu yazandan sonra intihar etmişdi. Məktubda son sözü, -məni bağışla, bağışla məni, əzizim! yazılmışdı. Beləliklə, həyatım bir hadisədən sonra dəyişdi. Laqeyd davrandığım üçün peşimanlıq hissi məni puç etmişdi. Bir vaxtlar həyatını xilas etdiyim qadın, indi mənə görə vəfat etdi. İndi hər dəfə məzarının üzərinə gedib, gül qoyub, onun xatirəsini anıram. Saatlarca ağlayıram. Hətta, qızım oldu, onun adını Jasmin qoydum. Yazar olmağa başladım. Bir gün etdiyim səhv, həyatım boyu mənə dərs oldu. Bəzən insanlar səhv etdikdən sonra anlayırlar xətalarını. İndi iki qqızım, bir oğlum var. Nələr yaşadığımı onlara hiss etdirmirəm, amma çox yorğunam. Tək istəyim, bu yaz axşamı yuxu kimi həyatımı heç kim təkrarlamasın.
Qaravərəq /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir