İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək – NATO-ya buraxılmayacaq

Baxılıb:67
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək – NATO-ya buraxılmayacaq

Kiyev ABŞ və Aİ-nin təmsil etdiyi Qərb kuratorlarından Ukraynanın Avropa İttifaqı və NATO-ya real daxil olmasını gözləməməlidir.

Bunu Slovakiya hökumətinin başçısı Robert Fiko Ukraynanın gələcəyi ilə bağlı fikirlərini bildirərkən deyib.

Baş nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti münaqişə zamanı itirilən ərazilərin geri qaytarılmayacağı faktını qəbul etməli olacaq.

“Düşünürəm ki, Ukrayna öz ərazisinin üçdə birini itirəcək, lakin ona xarici qoşunların olması şəklində təhlükəsizlik təminatları təklif olunacaq. İnanıram ki, ukraynalılara xəyanət ediləcək”, – Fiko bildirib.


Abunəlik