İstanbulda vəziyyət ağırdır: 300 min bina qara siyahıya salındı

Baxılıb:61
İstanbulda vəziyyət ağırdır: 300 min bina qara siyahıya salındı

İstanbulda gözlənilən böyük Mərmərə zəlzələsinə hazırlıqlar son illərdə şəhər çevrilmə layihələri ilə sürətlənib. Xüsusilə 2000-ci ildən əvvəl tikilmiş binaların tikinti keyfiyyəti təhlükəsizlik baxımından ciddi narahatlıqlar yaradır.

Yıldız Texniki Universitetinin müəllimi Ali Koçak Türkiyədə binaların keyfiyyəti ilə bağlı açıqlamalar verib.

Türkiyənin sıx zəlzələ riski altında olmasına baxmayaraq, bina keyfiyyətinin son dərəcə aşağı olduğuna diqqət çəkən Koçak, bunun ziddiyyət yaratdığını söyləyib:

“İnsanların əsas ehtiyaclarını ödəyə biləcəkləri çörək sexləri və mağazalar hər zaman açıq olmalıdır. Su ehtiyacları təmin edilməlidir. Kahramanmaraş, Kocaeli, Ərzincan və Bingöl zəlzələləri araşdırılarkən tikililərin keyfiyyətsiz olduğunu gördük. Bu gün İstanbulun əhalisi bəlkə də 25 milyona yaxındır. İstanbuldakı binaların risklərini bilirik. Xüsusilə 2000-ci ildən əvvəl tikilən binalarımız son dərəcə keyfiyyətsizdir. Əhalinin yarısı zəlzələdən təsirlənəcək. Bu çarəsizliyi ancaq universitetlər və peşə məktəbləri dəstək verərsə aradan qaldıra bilərik. Yaşayış yerlərimizi bu şəkildə transformasiya edə bilsək, zəlzələ riskini aradan qaldırmaq olar, hətta bəlkə də müvəqqəti möhkəmləndirmə təmin edə bilərik. Bu şəkildə işə başlasaq, zəlzələdən daha az fəlakətlə çıxa biləcəyimizi düşünürəm”.


Abunəlik