İstanbulda pərdəarxası danışıqlar davam edir
Rusiya və Ukrayna arasında pərdəarxası danışıqlar aparılır, o cümlədən iki ölkənin nümayəndə heyətləri arasında yeni rəsmi görüşün yeri müzakirə edilir.
Bu barədə “RİA Novosti” İstanbuldakı diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Pərdəarxası danışıqlar prosesi gedir, lakin hələlik heç bir konkretlik yoxdur. İstanbul, əlbəttə ki, əlverişli, sübut edilmiş və qurulmuş danışıqlar platformasıdır”, – bəyanatda deyilir.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar baş tutub.