İstanbulda özünü oteldə güllələyən şəxs Rövnəq Abdullayevin qohumu imiş
Dünən İstanbulun Beşiktaş səmtində, lüks otellərin birində SOCAR-da satış direktoru vəzifəsində çalışan Nihad Əliyevin özünü başından güllələyərək öldürdüyü deyilir. Bəzi mənbələr isə onun öldürüldüyünü iddia edirlər. Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hamının tanıdığı Anar Əliyevin (Əlizadə) qardaşı, SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.