İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra neft qiymətləri kəskin artdı
İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum dünya iqtisadiyyatında ciddi rezonans doğurub. Regional gərginliyin artması enerji bazarlarında qeyri-müəyyənlik yaradıb və bu da neftin qiymətinə birbaşa təsir göstərib.
Hazırda “Brent” markalı neftin bir bareli 75,57 ABŞ dollarına, yüngül (WTI) neft isə 74,41 dollara təklif olunur.
Qiymətlərdəki bu artım son günlərdə müşahidə olunan ən kəskin dəyişikliklərdən biridir.
Analitiklərin fikrincə, Yaxın Şərqdəki bu yeni eskalasiya enerji tədarük zəncirlərinə təhlükə yarada bilər. Xüsusilə Hörmüz boğazında baş verə biləcək mümkün gərginliklər dünya neftinin böyük hissəsinin daşınmasına ciddi təsir göstərə bilər.
Mütəxəssislər yaxın günlərdə enerji bazarlarında dalğalanmaların davam edəcəyini proqnozlaşdırırlar. Qlobal investorlar isə vəziyyətin necə inkişaf edəcəyini diqqətlə izləyirlər.