İsrailin hücumu davam edir: İranın Uran metal istehsalı zavodu məhv edilib
İsrail İranın qərbindəki eyniadlı vilayətin inzibati mərkəzi olan Həmədan şəhərinə hücum edib.
Bu barədə İranın xəbər agentliyi olan “Nournews” məlumat verib.
Bildirilib ki, vilayətin sözügedən ərazisində İranın “Nojax” hərbi bazası da İsrailin hücumuna məruz qalıb.
Bundan əlavə, İsrail ordusu İranın İsfahan şəhərində yerləşən Uran metal istehsalı zavodunun məhv edildiyini də bildirib.